TV SPOT

Archive

Mo Tu We Th Fr Sa Su
12345
6789101112
13141516171819
20212223242526
27282930

Newsletter

Subscribe to newsletter:

Poll: Poll 01

How do you find our web site?

Books

image
Qadınların fərdi səsvermə hüquqları – demokratik tələbdir

Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi “Demokratik institutların işlək vəziyyətə gətirilməsi” birgə layihəsi
Qısa xülasə: “Ailə səsverməsi” ailənin kişi cinsindən olan üzvünün bir və ya bir neçə qadın cinsli nümayəndələri ilə birlikdə və ya onların əvəzinə səsverməsi və ya ailə üzvlərinin birlikdə aşkar səsverməsidir. Çox vaxt səsvermə rəsmiləri də buna şərait yaradır. Bu, qadınların siyasi hüquqlarını pozmaqla bərabər,  həm də beynəlxalq və milli hüquqi sənədlərlə uyğun gəlmir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasına Əlavə Protokolu, həmçinin bu praktika ilə üzləşən dövlətlərin konstitusiyaları azad və gizli seçki hüququna təminat verir. Ailə səsverməsinə yol verilməsi qadınların seçki hüququndan məhrum edilməsinə, ədalətli seçki prosedurlarına diqqətin kifayət qədər olmamasına və seçkilərdə saxtakarlığa şərait yaradır. Avropanın Yerli və Regional Hakimiyyətləri Konqresinin bu araşdırmaları ailə səsverməsi ilə mübarizə aparmaq üçün bir sıra  tədbirləri nəzərdə tutur. O, həmçinin ailə səsverməsini Avropa Şurasının və, güman etmək olar ki, bütün Avropanın gender bərabərliyinə dair  gündəliyinə çıxarır. Araşdırmalar bu praktikaya aid sənədləşdirilmiş dəlilləri bir yerə yığır və həm seçki institutlarına, həm də seçkilərə cəlb olunmuş əhali qruplarına müraciət edərək bu praktikanın aradan qaldırılmasına yönəldilmiş strategiyalar hazırlamağa  çağırır.

 
Uşaq hüquqlarının araşdırılması – Aşağı siniflər üçün kiçik layihə
Rolf Kollob/ Peter Krapf
Qısa xülasə
Uşaqlar malik olduqları hüquqları bilməlidirlər. Bundan əlavə onlar bu hüquqların qiymətləndirilməsini və istifadəsini də öyrənməlidirlər. Buna nail olmaq üçün məktəblərdə uşaq hüquqlarının tədrisinə geniş yerin ayrılması nəzərdə tutulmalıdır. Uşaqlar həm məktəbdə həm də gündəlik həyatlarında hüquqlardan istifadə edərək onları anlayır və qiymətləndirir. Uşaqların bu işə təşviq edilməsində müəllilmlərin qarşısında duran çətinlik demokratiya və insan haqları prinsipləri əsasında idarə edilən şəraitin yaradılmasıdır.
Bu təlimat orta məktəblərdə uşaq hüquqlarını tədris etmək üçün mexanizmlər axtaran müəllimlər üçün hazırlayıb.


Qaraçılar Avropada
Jan-Pyer Lequa
Qısa xülasə
Avropada qaraçılar icmasının sayı təxmini 8 milyona nəfər bərabərdir. Onlar səhv anlaşılan və mənfi stereotiplər nəticəsində ətraf dünyadan təcrid edilmiş insanlardır. Əsrlər boyunca bu xalqla bağlı aparılan siyasət onların fiziki və mənəvi məhvinə yönəlmişdir.
Bu kitab qaraçıların mədəniyyət və həyat tərzi zənginliyini və özünəməxsusluğunun gücünü bir tərəfdən və əsrlər boyu məruz qaldıqları pis rəftarı isə digər tərəfdən təsfir edərək bu xalqın daha yaxşı anlaşılmasına yönəlib.
Bu ağır və münaqişəli vəziyyətə dair aydın və ələçatımlı vəsait müəllimlər, təlimçilər, icma işçiləri, sosial işçilər və bu sahədə siyasi və inzibati vəzifələri daşıyan şəxslər üçün xüsusi maraq kəsb edəcək. Bu həmçinin qaraçı təşkilatları üçün məlumatların yayılması vasitəsidir. Kitabın son səhifələrində razılaşdırılmış fəaliyyət proqramınının əsasları əks etdirilib.

Təqdim edilən toplu Avropa Şurasının Bakı Ofisinin Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş qərarlarının Azərbaycan dilinə tərcüməsi sahəsində oxucularına növbəti töhfəsidir. Vəsait praktika ilə məşğul olan hüquqşünaslar (hakimlər, vəkillər və hüquq mühafizə orqanlarının işçiləri və s.), insan hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının, dövlət orqanlarının nümayəndələri, həmçinin insan hüquqlarının müdafiəsi, tədrisi və təbliği ilə məşğul olan digər şəxslər üçün nəzərdə tutulub.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yeganə autentik mətnləri onların ingilis və fransız dillərində olan mətnləri sayılır. Qərarların Azərbaycan dilinə tərcümə mətnləri rəsmi xarakter daşımır.




Avropa Şurası hüququ – panavropa hüquqi məkanına doğru
Florans Benua-Romer və Henrix Klebes
Qısa xülasə
Avropa Şurası təsis edildiyi gündən Avropa dövlətləri üçün demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə əsaslanan ümümi hüquqi məkan qurmuşdur. Təşkilatın standartları müəyyən edən sənədləri üzv dövlətlərə dəyişən cəmiyyətlərdə rast gəlinən problemləri həll etməyə kömək etmiş və hazırda bütün Avropada tətbiq edilir.
Kitabın birinci bölümü Avropa Şurasının “konstitusiya” hüququndan və ya daha geniş mənada təşkilatın daxili qaydalarından bəhs edir. Buraya Şuranın məqsədlərini, üzvlük və fəaliyyət mexanizmlərini müəyyən edən 1949-cu ildə qəbul edilmiş Nizamnamə və digər aidiyyati sənədlər daxildir.
İkinci bölüm Avropa Şurasının Avropa dövlətlərinin daxili qanunvericiliyinin uyğunlaşdırılmasına həsr edilib.
Üçüncü bölüm Avropa Şurası hüququnu Avropa kontekstindəki mövqeyindən söhbət açır. Burada Avropa Şurası konvensiyalarının milli qanunvericikdə hansı səviyyəyə qədər tətbiq edilməsi və Avropa Şurası hüququ ilə Avropa Birliyi hüququnun birgə mövcudluğu öyrənilir.
 
Announcement

Campaigns
Powered By WebStudio.Az